Məşhur brend sosial medianın gündəmində


Digərləri 24 Sen 2020 19:59:00 142 0

Məşhur brend sosial medianın gündəmində

Fransanın dünyaca məşhur "Balenciaga" brendi yeni kolleksiyası ilə dünya gündəmini zəbt edib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, şirkət öz məhsullarının bir qismini 11 milyon izləyiciyə sahib rəsmi instaqram səhifəsində yayıb.

"Çirkin moda" trendinə (Ugly fashion) ən çox uyğunlaşan markanın payız-qış kolleksiyası sosial şəbəkələrdə tənqidlə üzləşib.

4.635 avrodan başlayaraq satışa çıxarılan geyimlərin təqdimatı izləyicilər tərəfindən gülüşlə qarşılanıb və maraqlı şərhlərin ortaya çıxması ilə nəticələnib.