Polşada pandemiya başlayandan bəri


Dünya 24 Sen 2020 19:19:00 160 0

Polşada pandemiya başlayandan bəri

Polşada COVID-19 pandemiyası başlayandan bəri rekord günlük yoluxma qeydə alınıb. 

Son.az APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. 

Bildirilib ki, son sutkada Polşada 1 136 yoluxma faktı qeydə alınıb ki, bu, mart ayından bəri ən yüksək rəqəmdir.

İndiyədək ölkədə koronavirusa yoluxanların ümumi sayı 82 809 nəfərə çatıb, 2 369 nəfər vəfat edib.