Filip Kirkorov Azərbaycan əsilli gənc ifaçı barədə yüksək fikirlər söylədi


Digərləri 24 Sen 2020 18:14:00 219 0

Filip Kirkorov Azərbaycan əsilli gənc ifaçı barədə yüksək fikirlər söylədi

Məşhur rusiyalı müğənni və bəstəkar Filip Kirkorov hesab edir ki, əslən Azərbaycandan olan rusiyalı ifaçı Jony (Cahid Hüseynli)  Azərbaycanı "Avroviziya-2021" musiqi yarışmasında yüksək səviyyədə təmsil edə bilərdi.

Son.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Sputnik" agentliyi məlumat yayıb.

F.Kirkorovun Jony ilə bağlı fikirləri "Instagram"da populyar olan "Eurovision Wiwibloggs" səhifəsində dərc edilib.

Yazıda qeyd olunur ki, bir neçə gün əvvəl baş tutan tədbirlərdən birində Rusiya estradasının tanınmış siması etiraf edib ki, Jony gələcəkdə Azərbaycanı "Avroviziya"da təmsil etmək uçun ən uğurlu namizədlərdən biri ola bilər.

F.Kirkorov əlavə edib ki, Jony ilə "Avroviziya" yarışması çərçivəsində əməkdaşlıq etməyə də hazırdır.

Qeyd edək ki, Azərbaycanı "Avroviziya-2021" beynəlxalq mahnı müsabiqəsində Samirə Əfəndi təmsil edəcək.