Zaqatalada iki baş iribuynuzlu mal odlu silahla güllələnib


Digərləri 24 Sen 2020 18:27:00 191 0

Zaqatalada iki baş iribuynuzlu mal odlu silahla güllələnib

Son.az ARB TV-yə istinadla xəbər verir ki, Hadisə rayonun Muğanlı kəndində baş verib. Zərərçəkən Rəsul Musayevin verdiyi məlumata görə, ötən gün axşam saatlarında ailəsinə məxsus iki baş inəyin naxırdan evə dönmədiyi üçün heyvanların axtarışına başlayıb və kənd ərazisində inəklərin güllələnmiş cəsədlərini tapıb. O, bu barədə Zaqatala rayon Polis Şöbəsinə müraciət edib.

Rəsul Musayev - Zərərçəkən: "Xahiş edirəm ki, ailəmə məxsus olan iki baş iribuynuzlu heyvanı güllələyən şəxs aidiyyəti qurumlar tərəfindən tapılsın və cəzalandırılsın.

Faktla bağlı Zaqatala RPŞ-də araşdırma aparılır.

Son.az