İranda koronavirusdan ölənlərin sayı 25 min nəfəri keçib


Dünya 24 Sen 2020 18:19:00 178 0

İranda koronavirusdan ölənlərin sayı 25 min nəfəri keçib

İranda ötən sutka ərzində 175 nəfər koronavirusdan (COVID 19) ölüb.

Bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

Son.az xəbər verir ki, bu barədə Trend-ə nazirliyə istinadən məlumat verir.

S.Sadat Larinin sözlərinə görə, bununla da bu virusdan ölənlərin sayı 25 015 nəfərə yüksəlib.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 3 521 nəfər koronavirusa yoluxub. Beləliklə, İranda bu virusa yoluxanların sayı 436 319 nəfərə çatıb. Virus daşıyıcılarından 3 957 nəfərin vəziyyəti ağırdır. İranda indiyədək 367 829 nəfər koronavirusdan sağalıb.