Builki buraxılış imtahanlarının nəticələri keçən illə müqayisədə daha yüksəkdir


Digərləri 24 Sen 2020 17:59:00 200 0

Builki buraxılış imtahanlarının nəticələri keçən illə müqayisədə daha yüksəkdir

Builki buraxılış imtahanlarının nəticələri keçən illə müqayisədə daha yüksəkdir.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Bunun səbəblərini izah edən DİM sədri qeyd edib ki, bu il buraxılış imtahanlarında açıq sualların sayı 50 faiz azaldılıb: " Bəlkə də ona görə nəticələr daha yüksək olub. Bəlkə də şagirdlər imtahana daha yaxşı hazırlaşmışdı, vaxt baxımından imkanları daha çox olub. Bu ilİmtahanın təşkili də daha mürəkkəb idi. İmtahanlara giriş çox ciddi təşkil olunmuşdu".