İsraildə iki həftəlik sərtləşdirilmiş ümummilli karantin rejimi elan olunub


Dünya 24 Sen 2020 17:44:00 159 0

İsraildə iki həftəlik sərtləşdirilmiş ümummilli karantin rejimi elan olunub

Sentyabrın 24-də İsrail hökuməti ölkədə COVID-19 infeksiyasına yoluxanların sayının artması səbəbindən ümummilli karantin rejiminin sərtləşdirilməsi barədə qərar qəbul edib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Nazirlər Kabineti səkkiz saatlıq müzakirələrdən sonra koronavirus infeksiyası ilə mübarizə tədbirlərinin gücləndirilməsi ilə bağlı bir sıra qərarlar hazırlayıb. Yeni məhdudiyyət tədbirlərinin sentyabrın 25-dən etibarən qüvvəyə minəcəyi və mümkün zəiflətmələrlə azı iki həftə qüvvədə qalacağı bildirilir.

"The Jerusalem Post" qəzeti isə öz növbəsində karantin tədbirlərinin mart ayında olduğundan daha sərt xarakter daşıyacağı barədə məlumat yayıb. Belə ki, hökumətin qərarına əsasən, sinaqoqlar, az əhəmiyyət kəsb edən müəssisələr və bazarlar bağlanmalı, ictimai nəqliyyatda marşrutların sayı azaldılmalıdır. Həmçinin iki metrlik sosial məsafəni qorumaq və insanların evlərindən yalnız bir kilometrə qədər uzaqlaşması şərti ilə etiraz aksiyalarında və küçə ibadətlərində ən çoxu 20 nəfərin iştirakına icazə veriləcək.

Pandemiyanın statistikasını aparan Worldometer saytının son məlumatına əsasən, İsraildə koronavirusa yoluxan insanların sayı 206 min 332 nəfərə, ölənlərin sayı isə 1335 nəfərə çatıb.