Buraxılış imtahanlarında xarici dildən danışma qabilliyyətini yoxlaya bilməyəcəyik


Digərləri 24 Sen 2020 17:35:00 129 0

Buraxılış imtahanlarında xarici dildən danışma qabilliyyətini yoxlaya bilməyəcəyik

Gələn il üçün buraxılış imtahanlarında xarici dildən danışma qabilliyyətinin yoxlanılması nəzərdə tutulurdu, amma hələlik biz bunu həyata keçirə bilməyəcəyik.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, xarici dildən danışma qabilliyyətinin yoxlanılması üçün texniki və maliyyə vəsaiti tələb olunur:

"Bilirsiz ki, indiki halda vəziyyət çətindir. Bu istiqamətdə təkmilləşdirmə aparılacaq. Buna cəmiyyət də hazır olmalıdır. Bizim üçün vacibdir ki, monitorinq imtahanları keçirək. Təəssüf ki,bu il pandemiya ilə əlaqədar 5-6-7-8- ci siniflərdə monitorinq imtahanları keçirə bilmədik".