Təhsil naziri “World Skills International” (WSI) təşkilatının rəhbər heyəti ilə görüşüb FOTO


Digərləri 24 Sen 2020 17:20:00 145 0

Təhsil naziri “World Skills International” (WSI) təşkilatının rəhbər heyəti ilə görüşüb  FOTO

Sentyabrın 23-də Təhsil naziri Emin Əmrullayev "World Skills International" (WSI) təşkilatının rəhbər heyəti ilə onlayn formatda görüşüb.

Təhsil Nazirliyindən Son.az-a verilən məlumata görə, görüşün məqsədi Azərbaycanın WSI təşkilatına üzvlüyünün rəsmiləşdirilməsi çərçivəsində ölkənin qarşısında duran əsas prioritetlərin və üzvlüyün ölkə üçün yaradacağı imkanların müzakirəsindən ibarət olub.

Görüş zamanı WSI təşkilatına üzvlüyün "Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi" çərçivəsində görülən tədbirlərin məntiqi davamı olduğu vurğulanıb.

Görüşdə həmçinin, Peşə Təhsili üzrə Dövlət Agentliyinin və Təhsil Nazirliyinin əməkdaşları da iştirak ediblər.