Yüksək balla ali məktəbə qəbul ola bilməyənlərin sayı açıqlandı


Digərləri 24 Sen 2020 16:36:00 158 0

Yüksək balla ali məktəbə qəbul ola bilməyənlərin sayı açıqlandı

Bu il I ixtisas qrupu üzrə 400 baldan yuxarı nəticə göstərib kənarda qalan abituriyentlərin sayı dörd nəfər olub.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, Il ixtisas qrupu üzrə 200 baldan yuxarı bal toplayan bir nəfər belə kənarda qalmayıb. Ill ixtisas qrupu üzrə 500 baldan yuxarı nəticə göstərən və ali təhsil müəssisəsinə daxil olmayan cəmi bir nəfərdir. IV ixtisas qrupu üzrə 500 baldan yuxarı nəticə göstərən və universitetə daxil olmayan səkkiz nəfərdir.

M.Abbaszadə bu şəxslərin ali məktəbə qəbul ola bilməməsini onların ixtisas seçimi edə bilməməsi, bəzilərinin elektron ərizələrində 1 ödənişsiz ixtisas adı yazması ilə əlaqələndirib.