Bakı Limanında ümumi yükaşırmanın həcmi 3.2 milyon tondan çox olub


Digərləri 24 Sen 2020 14:45:00 187 0

Bakı Limanında ümumi yükaşırmanın həcmi 3.2 milyon tondan çox olub

Bu ilin ilk 8 ayı ərzində mumi yükaşırmanın həcmi 3.2 milyon tondan çox olmuşdur ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 18.5% çoxdur.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Bakı Limanın Baş direktoru Taleh Ziyadov "Blue Dot Network"un təşəbbüsü və Xəzər regionunda əməkdaşlıq perspektivlərinə həsr olunan vebinarda bildirib.

O, öz çıxışında Avropa və Asiya arasında ən təhlükəsiz və eyni zamanda da qısa yol olan Orta Dəhlizin (Middle Corridor) vacibliyini çatdırıb:

"Mövcud pandemiya zamanı dünya logistika xəritəsində məhz bu dəhlizin qlobal səviyyədə əhəmiyyəti artıb. Bir çox digər dəhlizlərində müxtəlif məhdudiyyətlər tətbiq olunsa da, yüklərin daşınması zamanı məhz Orta Dəhlizin Avropa ilə Çin arasında ən etibarlı yoldur. Bunun bariz nümunəsi olaraq bu ilin ilk 8 ayı ərzində statistik göstərcilərdəki artımı göstərmək olar. Belə ki, ümumi yükaşırmanın həcmi 3.2 milyon tondan çox olmuşdur ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 18.5% çoxdur."