Dağlıq Qarabağda COVID19a yoluxanların sayı 394 nəfərə çatıb


Digərləri 24 Sen 2020 14:50:00 156 0

Dağlıq Qarabağda COVID19a yoluxanların sayı 394 nəfərə çatıb

Azərbaycanın işğal altında olan ərazilərində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların ümumi sayı 394 nəfərə çatıb.

Son.az APA-ya istinadən verdiyi xəbərə görə, Dağlıq Qarabağda son sutkada 9 yeni yoluxma faktı qeydə alınıb.

İndiyədək infeksiyaya yoluxanlardan 329 nəfər sağalıb, 63 nəfərin müalicəsi davam edir. 5 nəfərin vəziyyəti ağır, 7 nəfərin vəziyyəti isə orta ağırdır. 85 nəfər karantindədir.

İndiyədək analiz nəticəsi pozitiv çıxan iki nəfər ölüb. Lakin onların digər xəstəliklərdən öldüyü bildirilir.