Gənclərin məlumatsız olduğu təhlükə


Digərləri 24 Sen 2020 13:49:00 157 0

Gənclərin məlumatsız olduğu təhlükə

Dopinqin bir növü olan anabolik steroidlərdən istifadə peşəkar idmanın sərhədlərini aşaraq cəmiyyət üçün ciddi problemə çevrilib.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Milli Antidopinq Agentliyinin direktoru Şəfəq Hüseynli cəmiyyətdə anabolik steroidlərdən istifadənin yayılması və onun fəsadlarına həsr olunmuş mətbuat konfransında deyib.

O bildirib ki, hazırda dünyada steroidlərin qanunsuz dövriyyəsi və satışı genişlənməkdədir:

"Steroidlərdən istifadənin geniş yayılmasının əsas səbəbi iştifadəçilərin qısa müddət ərzində istədikləri bədən quruluşuna sahib olmaq arzusudur. Amma onların əksəriyyəti bu maddələrin fəsadları barədə məlumatsızdır. Steroidlərdən mütəmadi istifadə ürək tutması, infarkt, qaraciyər zədələnməsi, böyrək çatışmazlığı, cinsi zəiflik və sonsuzluq, sümük inkişafının dayanması, yaxud anormal sümük böyüməsi kimi ağır və bərpaolunmaz fəsadlar törədir. Bu maddələr orqanizmin təbii immunitetini zəiflətməklə xərçəng və digər ağır xəstəliklərə tutulma riskini artırır.

Steroidlərdən istifadə bağlılıq yaratdığı üçün bir sıra sosial-psixoloji fəsadlar da törədir. Steroidlərdən mütəmadi istifadə edənlərdə aqressiya, dərin depressiya halları müşahidə edilir. Sonradan bu maddələrin istifadəsindən imtina edən şəxslərin müalicəsi isə narkotik aludəçilərinin müalicəsindən daha ağır və mürəkkəb bir prosedurdur.