224 ailə Hövsan Yaşayış Kompleksində güzəştli mənzilə sahib oldu


Digərləri 24 Sen 2020 13:38:00 186 0

224 ailə Hövsan Yaşayış Kompleksində güzəştli mənzilə sahib oldu

Mənzil İnşaatı Dövlət Agentliyinin növbəti layihəsi - Hövsan Yaşayış Kompleksində 30.06.2020 və 03.07.2020-ci il tarixlərində "Elektron hökumət" portalı (www.e-gov.az) üzərindən "Güzəştli mənzil" sistemi vasitəsilə seçilmiş ümumilikdə 249 mənzildən 224-nün alqı-satqısı uğurla başa çatdırılıb.

Agentlikdən Son.az-a verilən məlumata görə, mənzilə sahib olmuş vətəndaşlardan 22-si mənzili öz vəsaiti hesabına, 202-si isə güzəştli ipoteka krediti hesabına əldə edib.

Satışın nəticələri barədə statistik məlumatlarla buradan tanış ola bilərsiniz.