"Bütün şəkillərdə burnumu fotoşopla düzəldirdim" Günel


Şou-biznes 24 Sen 2020 13:16:00 199 0

"Bütün şəkillərdə burnumu fotoşopla düzəldirdim"  Günel

Müğənni Günel Zeynalova bir neçə gün əvvəl burnundan ikinci dəfə plastik əməliyyat olunub.

Son.az axşam.az-a istinadən bildirir ki, sənətçi İnstaqramda ünvanına yazılan tənqidlərə cavab verib. O bildirib ki, estetik əməliyyat etdirməsinə səbəb problemlər olub:

"Nəfəs ala bilmirdim, burnum çökdü. Hər dəfə şəkillərdə burnumu fotoşopla düzəltməkdən yoruldum. Gördüyünüz bütün fotolarda burnumu düzəldirdim. Görünüş bir yana, burnum sağlamlığıma təsir edirdi. Nəfəs alıb-verə bilmirdim və oxumağıma təsir edirdi".