“Rəsul Rza” gəmisi təmirdən sonra xarici sulara yola salınıb FOTO


Digərləri 24 Sen 2020 13:05:00 183 0

“Rəsul Rza” gəmisi təmirdən sonra xarici sulara yola salınıb  FOTO

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) Dəniz Nəqliyyatı Donanmasına aid və xarici sularda üzən "Rəsul Rza" quru yük gəmisinin əsaslı təmiri başa çatıb.

Son.az xəbər verir ki, bu barədə Trend-ə QSC-dən bildiriblər. Təmir prosesi "Zığ" Gəmi Təmiri və Tikintisi Zavodunda aparılıb. Burada gəminin baş və köməkçi mühərrikləri, mexanizmləri (nasosları) təmir olunub. Eyni zamanda, gəmidə boru quraşdırma, elektrik quraşdırma, avtomatika və gövdə qaynaq işləri görülüb.

Bundan başqa, gəminin sualtı və suüstü hissələri abraziv qumla tam təmizlənərək rənglənib, yaşayış və xidməti otaqları müasir tələblər səviyyəsində təmir olunub.

Təmir başa çatdıqdan sonra gəmi müvafiq yoxlanışdan uğurla keçib və dənizçilərin ixtiyarına verilib.

"Rəsul Rza" quru yük gəmisi yenidən Xəzərdənkənar sularda yükdaşımalara cəlb edilib. Gəmi Türkmənistanın Bektaş limanından yük götürərək Türkiyənin Gebze limanına doğru yola düşəcək.