Suriyadan Qarabağa erməni silahlıları gətirilib


Siyasət 24 Sen 2020 13:07:50 177 0

Suriyadan Qarabağa erməni silahlıları gətirilib

Suriyada fəaliyyət göstərən YPG/PYD terror təşkilatındakı erməni döyüşçülərdən ibarət batalyon işğal olunmuş Dağlıq Qarabağ ərazisinə gətirilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazır.

Qeyd olunur ki, 250 nəfərdən ibarət erməni batalyonu iki il əvvəl yaradılıb və Suriyanın şimalında hazırlıq keçib.

Məlumata əsasən YPG düşərgələrində Suriya ermənilərindən ibarət daha iki batalyon fəaliyyət göstərir.

Türkiyə mətbuatında dərc olunan bu məlumatlar onu göstərir ki, hərbi cinayətkar Nikol Paşinyanın rejimi Ermənistanın danışıqlara hazırlığı barədə açıqlamalar verməklə, əslində Azərbaycana qarşı yeni genişmiqyaslı təcavüzə hazırlıq aparır.