Ekspress avtobus xətləri LƏĞV EDİLİR?


Digərləri 24 Sen 2020 13:00:00 189 0

Ekspress avtobus xətləri LƏĞV EDİLİR?

COVİD-19 pandemiyası ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə metronun fəaliyyətinin məhdudlaşdırılması, bildiyiniz kimi, ekspress xətlərin bərpası zərurətini ortaya çıxarmışdı. Sentyabrın 14-dən etibarən metronun yenidən fəaliyyətinin bərpa edilməsi ekspress marşrut xətlərinin ləğvi məsələsini yenidən gündəmə gətirdi. 

Xatırladaq ki, Bakı Nəqliyyat Agentliyinin Mətbuat katibi Mais Ağayevin həmin gün (14 sentyabr) məsələyə belə münasibət bildirmişdi: "Sərnişin axınında azalma müşahidə olunarsa, bu xətlərin fəaliyyəti dayandırılacaq".

Artıq metronun yenidən fəaliyyətə başlamasından 10 gün keçir. BNA-nın sözügedən xətlərin ləğv edilib-edilməməsi ilə bağlı monitorinqləri üçün kifayət qədər müddət ötüb.

Son.az ekspress avtobusların ləğvi məsələsinə aydınlıq gətirmək üçün yenidən BNA sözçüsü Mais Ağayevlə əlaqə saxlayıb. Mətbuat xidmətinin rəhbəri ekspress xətlərin ləğvinin yaxın günlər üçün gözlənilmədiyini bildirib: