Qazaxıstanda ölüm hökmü ləğv edildi


Dünya 24 Sen 2020 12:21:00 189 0

Qazaxıstanda ölüm hökmü ləğv edildi

Qazaxıstanda ölüm hökmü ləğv edilib.

Son.az Trend-ə istinadən bildirir ki, bununla əlaqədar olaraq BMT-nin mənzil-qərargahında bu ölkənin BMT-dəki daimi nümayəndəsi Kayrat Umarov Vətəndaş və Siyasi Hüquqlar barədə Beynəlxalq pakta İkinci fakultativ protokolunu imzalayıb.

Daha sonra Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev BMT Baş Assambleyasının 75-ci sessiyası çərçivəsində çıxışı zamanı ölüm hökmünün ləğvi ilə bağlı beynəlxalq protokola qoşulduqlarını elan edib.

Qeyd edək ki, Qazaxıstanda ölüm hökmünün icrası 2003-cü ildə müvafiq moratoriumun tətbiqi ilə dayandırılmışdı.