"Protiv" çıxan "Hyundai" keçiddə piyadanı belə vurdu VİDEO


Digərləri 24 Sen 2020 11:43:00 165 0

"Protiv" çıxan "Hyundai" keçiddə piyadanı belə vurdu  VİDEO

Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi kameraya düşüb.

Son.az avtosfer.az-a istinadən bildirir ki, hadisə paytaxtın Teymur Elçin küçəsində qeydə alınıb. "Hyundai" markalı avtomobilin sürücüsü əks istiqamətdə çıxaraq hərəkət edir. Bu zaman piyada keçidindən keçən piyadanı vurur. Hadisə nəticəsində piyada ağır xəsarət alır. 

Hadisə şahidlərinin köməyi ilə xəstəxanaya çatdırılır.

Qeyd edək ki, bu küçədə bəzən sürücülər əks istiqamətdə hərəkət edir. Amma ən böyük risk həmin piyada keçidi yerləşən ərazidir. Çünki "Şəhidlər xiyabanı" istiqamətindən gələrək Teymur Elçin küçəsinə dönmə edən sürücülər qarşıdan gələni heç cür görə bilmir. Videonu təqdim edirik: