“Pi Dünyası” kəşf edilib


Dünya 24 Sen 2020 08:58:00 151 0

“Pi Dünyası” kəşf edilib

Öz ulduzunu 3.14 günə dövr edən ekzoplanet kəşf edilib.

Son.az oxu.az-a istinadən bildirir ki, planet Yerdən 186 işıq ili uzaqlıqdadır.

Qırmızı cırtdan ulduz ətrafında dövr etmə müddəti irrasional riyazi sabit "Pi sayı"na bənzədiyi üçün ona "Pi Dünyası" adı verilib.

Rəsmi olaraq "K2-315b" adlanan və Yer kürəsi ilə eyni ölçüdə olan planetin canlı yaşam üçün əlverişli olmadığı bildirilir.