“WhatsApp” messenceri eyni vaxtda bir neçə qurğuda istifadə ediləcək


Digərləri 24 Sen 2020 08:15:00 122 0

“WhatsApp” messenceri eyni vaxtda bir neçə qurğuda istifadə ediləcək

"WhatsApp" messencerinin tərtibatçıları bir neçə qurğunun eyni vaxtda bir neçə hesaba qoşulması funksiyasını messencerə əlavə etmək niyyətindədirlər. Bu haqda "WABetaInfo" portalı məlumat verib.

Son.az ictnews.az-a istinadən bildirir ki, onlar artıq sözügedən yeniləmənin son versiyasını hazırlayıblar və yaxın vaxtlarda açıq beta sınaqlara başlanılacaq. Bundan sonra "WhatsApp" eyni zamanda 4 qurğuda istifadə edilə biləcək.

İstifadəçilər tez-tez bu proqramı bir neçə cihaz üçün dəstəyin olmaması səbəbindən qınaq edirdilər.

"WhatsApp"ın proqramçıları hələ cari ilin iyulunda bu funksiyanı elan etmişdilər. Yeni funksiya "Linked Devices" adlandırılacaq.