Aya bilet alan ilk vətəndaşın pulu geri qaytarılıb


Digərləri 23 Sen 2020 23:15:00 145 0

Aya bilet alan ilk vətəndaşın pulu geri qaytarılıb

Avstryada kişiyə 1964-cü ildə Ay getmək üçün alınmış biletin pulu qaytarılıb.

Son.az xəbər verir ki, həmin il jurnalist Gerhart P. redaksiyanın tapşırığı ilə Vyana turist bürosuna yollanır. Nəticədə o, Aya bilet alaraq, dünyada bunu edən ilk adam olur. O, 500 şillinqə (36,50 avro) bilet bron edir.

Həmin vaxt büronun menecerləri bunu zarafat kimi qəbul etsələr də, ancaq alıcı ciddi olduğunu iddia edir və ona bilet satılır. Jurnalistə "Krater" hotelində otaq təklif edilir.

Gerhartdan sonra 93 min nəfər Aya bilet bron edir.

"1969-cu ildə mənə Ay turisti Nil Armstqonla görüşməyə belə icazə verildi. Ancaq mən ilk dəfə ödədiyim pulu bir daha görmədim", - deyə 83 yaşlı jurnalist bildirib.