Rusiyalı aktyor transgender sevgilisini doğrayıb çaya atdı


Dünya 23 Sen 2020 20:49:00 143 0

Rusiyalı aktyor transgender sevgilisini doğrayıb çaya atdı

Rusiyanın məşhur aktyoru Yuri Yanovski (Tverski) Tacikistandan olan 24 yaşlı transgenderi öldürməkdə və parçalara ayırmaqda ittiham olunur.

Son.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Gazeta.ru xəbər yayıb.

Məlumata görə, 53 yaşlı aktyor cinayət əməlini Sankt-Peterburq şəhərində həyata keçirib.

Yuri Tverski gizli gey cəmiyyətinin üzvü olub. Cari ilin yanvarın 13-də o, transgenderi intim xidmət üçün hotelə dəvət edib. O gəldikdə isə aktyor transgenderin onu yatırtdıqdan sonra qarət etmək istədiyini düşünüb. Buna görə qonağını mətbəx bıçağı ilə bıçaqlayıb. Sonra cəsədi mişarla hissələrə ayırıb və çaya atıb.

İyun ayında isə Sankt-Peterburqdan olan 16 yaşlı məktəbli çayda çimərkən başı və ətrafı olmayan cəsəd tapıb. Gördüklərindən dəhşətə düşən yeniyetmə polis çağırıb.

Hüquq mühafizəçiləri tapıntını görəndə çaş-baş düşüb: cəsəd kişiyə aid olsa da, onda qadınlara məxsus implant sinə olub.