Moskvada ağır qəza törədən repçi Elminin qanında narkotik aşkarlandı


Dünya 23 Sen 2020 20:37:00 114 0

Moskvada ağır qəza törədən repçi Elminin qanında narkotik aşkarlandı

Xəbər verdiyimiz kimi, Rusiyada "Elley" ləqəbi ilə tanınan məşhur azərbaycanlı repçi Elmin Quliyev ağır qəza törədib. 

Son.az bildirir ki, hadisə ötən gün Moskvanın Ostojenko küçəsində baş verib.  O, idarə etdiyi "Infiniti" markalı avtomobillə "Mercedes"lə toqquşub və səkiyə çırpılıb. 

Qəza nəticəsində üç nəfər yaralanıb, onlardan birinin vəziyyəti ağırdır. 

E.Quliyev hadisə barədə 360 kanalına açıqlama verib. 26 yaşlı ifaçı qırmızı işıqdan keçdiyini etiraf edib. 

Repçi alkoqol və narkotiklə bağlı analiz verib, onun qanında narkotik aşkarlanıb. 

Bu barədə Rusiyanın Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volk bildirib. İstintaq fiqurantın həbsini tələb edib.

REN TV-nin məlumatına görə, "Elley" son illərdə üç dəfə qəza törədib.

Zaur