Çexiya koronavirusla bağlı yeni məhdudiyyətlər tətbiq edir


Dünya 23 Sen 2020 20:19:00 147 0

Çexiya koronavirusla bağlı yeni məhdudiyyətlər tətbiq edir

Sabahdan Çexiyada bar və restoranlar yenidən yalnız axşam saat 10-dək fəaliyyət göstərəcək.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, hökumətin kafe-barlarda, əyləncə müəssisələrində iş saatının məhdudlaşdırılması barədə qərarı ölkədə epidemioloji vəziyyətin pisləşməsi ilə bağlıdır.

Koronavirus pandemiyasının birinci dalğası başa çatdıqdan sonra restoran və kafelərin gecə yarıyadək işləməsinə imkan verilmişdi.

Bundan başqa, kütləvi idman tədbirlərində tamaşaçıların sayına da məhdudiyyət qoyulur. İndi bu tədbirlərə eyni vaxtda maksimum 2 min azarkeş gedə bilər.