Xəstəxanadan FOTO paylaşıb estetik iddialarını yalanladı


Şou-biznes 23 Sen 2020 19:24:00 165 0

Xəstəxanadan FOTO paylaşıb estetik iddialarını yalanladı

Müğənni Xatirə islamın növbəti dəfə estetik əməliyyat etdirdiyi barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, ifaçının İstanbulun özəl klinikalarının birində plastik cərrahiyyə olunduğu iddia edilib.

X. İslam bu gün instaqramda xəstəxanadan foto paylaşaraq 8 ildir ki, mədəsindən şikayətləndiyini, bu səbəbdən müalicə olunduğunu deyib.

O, estetik iddialarına da reaksiya verib: "İnsan ağzını bağlayıb ac qalmasa, arıqlaya bilməz. İçdiyimiz su belə kökəlmə verir. Bu, qidaların süni olması və yaşayış tərzimiz, əsəb-stresslə bağlıdır.

59 kilo idim, 76-ya qalxdım. Bakıda aldığım səhv müalicə səbəbindən bu hala  düşdüm. Dərmanlar məni məhv etdi. Çünki oğlum Emilə bacı və yaxud qardaş arzulayırdım. Uğursuz bir iş oldu, kökəldim. Boşuna şişməyim özümə qaldı".