Keçmiş xanımı müğənnini məhkəməyə verdi


Digərləri 23 Sen 2020 19:19:00 142 0

Keçmiş xanımı müğənnini məhkəməyə verdi

Müğənni Gökhan Özen ilə həyat yoldaşı Selen Sevigen məhkəməlik olub.

Son.az xəbər verir ki, Sevigen Özenin evlərinə vaxtlı-vaxtsız girdiyini, uşaqların psixologiyasına pis təsir edən hərəkətlər nümayiş etdirdiyini bildirib.

O, keçmiş ərinin tez-tez dava saldığını söyləyib. Özenin əsəblərini idarə edə bilmədiyini vurğulayan Selen qorunma və uzaqlaşdırma qərarının verilməsini tələb edib.

Müğənni eyni zamanda övladları üçün alimenti də ödəmir. (publika.az)