Ağstafada arı sancan kişi öldü


Digərləri 23 Sen 2020 19:09:00 137 0

Ağstafada arı sancan kişi öldü

Ağstafa sakini arı sancmasından ölüb.

Son.az qafqazinfo-ya istinadən bildirir ki, rayonun Yenigün kənd sakini 1965-ci il təvəllüdlü İsayev Mehrin Teymuraz oğlu arı sancması nəticəsində xəstəxanaya yerləşdirilib. 

Onun allergiyası olduğundan müalicə nəticə verməyib. M. İsayev bir gün sonra dünyasını dəyişib. 

Faktla bağlı araşdırma aparılır.