Parisdə bomba həyəcanı


Dünya 23 Sen 2020 18:59:00 144 0

Parisdə bomba həyəcanı

Parisdə Eyfel qülləsinin əməkdaşları və ziyarətçiləri təxliyə edilib.

Son.az Trend-ə istinadən bildirir ki, buna partlayış təhdidi ilə bağlı anonim zəng səbəb olub.

Polis bildirib ki, qüllənin ətrafı əhatəyə alınıb. Mümkün partlayıcı qurğunun axtarışları aparılır.

Eyni zamanda, anonim zəngin mənbəyi ilə bağlı araşdırma aparılır.

Qeyd edək ki, koronavirus pandemiyası ilə əlaqədar Eyfel qülləsi 3 ay bağlı qalmışdı.