Yol vermədiyinə görə yaşlı kişini döydü


Dünya 23 Sen 2020 18:14:00 147 0

Yol vermədiyinə görə yaşlı kişini döydü

Avtomobilə quraşdırılmış müşahidə kamerası yol verməmək üstündə yaşlı kişi ilə gənc arasında baş verən davanı qeydə alıb.

Son.az oxu.az-a istinadən bildirir ki, "BAZA" "Telegram" kanalının məlumatına görə, kadrlar Rusiyanın Kirov şəhərindəndir.

Münaqişə iki hissədə davam edib: birincidə kişi üzündən bir-iki yumruq alıb. Davanın bununla bitdiyini düşünmək olar, amma yaşlı kişi təslim olmur, avtomobildən "silahını" götürərək, rəqibinin maşınına zərər vermək istəyir.

Nəticədə o, maşını əzir, ancaq özünə daha çox zərər dəyir. Kadrların sonunda gəncin onu yerlə sürüyərək, maşından uzaqlaşdırdığı görünür.