Film kimi CİNAYƏT:


Dünya 23 Sen 2020 18:34:00 145 0

Film kimi CİNAYƏT:

Kutaisidə mikromaliyyə şirkətlərinin birindən yarım milyon lariyə yaxın pul oğurlanıb.

Son.az xəbər verir ki, bu barədə "Mtavari Arkhi" kanalı məlumat yayıb.

Bildirilib ki, 2 gün bundan əvvəl Kutaisidə mikromaliyyə şirkətindən bir seyf oğurlanıb. Oğurlanan seyfdə yarım milyona qədər lari və qiymətli əşyalar olub.

Oğurluq edən şəxslər binanın zirzəmisindən döşəməni kəsərək binaya daxil olublar.

Mikro maliyyə təşkilatı "Intellexpress" in vəkilinin sözlərinə görə, hadisə zamanı siqnalizasiya işə düşüb, təhlükəsizlik polisi hadisə yerinə gəlib, lakin binaya daxil olmayıb geri qayıdıb, bu vaxt oğrular binada olub və daha sonra hadisə yerini tərk ediblər.