Dostu türkiyəli aktyoru güllələdi


Dünya 23 Sen 2020 17:38:00 148 0

Dostu türkiyəli aktyoru güllələdi

Türkiyədə "Best Model"in qalibi, aktyor Onur Seyit Yarana silahlı hücum edilib.

Son.az oxu.az-a istinadən xəbər verir ki, o, İstanbulda dostu tərəfindən silahla vurulub.

Xəstəxanaya çatdırılan aktyorun həyati təhlükəsinin olmadığı bildirilir.

Qeyd edilir ki, aktyor və iki dostu arasında mübahisə yaranıb. Bu zaman dostlarından biri Yaranın çiynindən güllə ilə vurub və hadisə yerindən qaçıb.

Faktla bağlı araşdırma başlanıb.