Vyaçeslav Volodin: Paşinyanın Dağlıq Qarabağla bağlı fikirləri sülh prossesinə kömək etmir


Siyasət 23 Sen 2020 17:25:00 129 0

Vyaçeslav Volodin: Paşinyanın Dağlıq Qarabağla bağlı fikirləri sülh prossesinə kömək etmir

Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılıq etdiyi Azərbaycan parlament nümayəndə heyəti sentyabrın 23-də Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində Federal Məclisin Dövlət Dumasının Sədri Vyaçeslav Volodinlə görüş

Son.az Trend-ə istinadən bildirir ki, görüş zamanı Vyaçeslav Volodin bildirib ki, Rusiya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir, Ermənistanın Baş naziri N.Paşinyanın Dağlıq Qarabağla bağlı fikirləri haqlı narahatlıq doğurur və sülh prossesinə kömək etmir.

Söhbətdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında müzakirələr aparılıb.

Görüşün sonunda Milli Məclisin Sədri Sahibə Qafarova həmkarını ona uyğun bir vaxtda Azərbaycana rəsmi səfərə dəvət edib.