İsveç karantin rejimindən imtina etmək barədə fikrini dəyişib


Dünya 23 Sen 2020 17:27:00 153 0

İsveç karantin rejimindən imtina etmək barədə fikrini dəyişib

İsveç hakimiyyəti koronavirus infeksiyasının yayılması ilə bağlı vəziyyətin pisləşməsi fonunda Stokholmda karantin rejiminin tətbiqi barədə düşünür.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, ölkənin baş epidemioloqu Anders Teqnell son bir neçə həftə ərzində paytaxtda bütün yaş qrupları arasında yoluxma hallarının xeyli artdığını deyib. Onun sözlərinə görə, hazırda hakimiyyət orqanları virusun yayılması tempini zəiflətmək üçün karantin rejiminin tətbiqini müzakirə edir.

İsveç Səhiyyə Nazirliyinin Stokholm departamentinin rəhbəri Börn Eriksson əhalini sosial məsafəni qorumağa çağırıb və onlara COVID-19 infeksiyasının yenidən artması barədə xəbərdarlıq edib.

Qeyd edək ki, İsveç hakimiyyəti koronavirus pandemiyası ilə bağlı sərt məhdudiyyət tədbirlərindən imtina etdikləri üçün dəfələrlə tənqidə məruz qalıb. Epidemiya dövründə ölkədə xidmət sahələri, məktəblər və uşaq bağçaları fəaliyyətini davam etdirib. Rəsmi Stokholm isə əhaliyə ehtiyat tədbirləri barədə çağırışla kifayətlənib.