Azərbaycanda əhalinin 10 faizi üçün vaksin əldə edilməsi razılaşdırılıb


Digərləri 23 Sen 2020 16:41:00 144 0

Azərbaycanda əhalinin 10 faizi üçün vaksin əldə edilməsi razılaşdırılıb

COVAX çərçivəsində Azərbaycanda əhalinin 10 faizi üçün çoxtərəfli formatda vaksinlər əldə edilməsi razılaşdırılıb.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Koronavirusla Mübarizəyə Dəstək Fondunun (KMDF) İctimai Nəzarət Şurasının SARS-CoV-2 virusuna qarşı vaksinasiya məsələləri ilə bağlı iclasında deyib.

Onun sözlərinə görə, "Gavi" tərəfindən 1 doza vaksinin orta qiyməti 1,60 ABŞ dollar proqnozlaşdırılır. Hər şey daxil olmaqla, 1 doza üçün cəmi məbləğ 10,55 ABŞ dolları hesablanır. Azərbaycanın 10 milyon 112 min əhalisinin 10 fiaz hissəsinə görə 2 dozalıq vaksinin sifarişi üçün yekun ödəniş məbləği 21 milyon 336 min 320 ABŞ dollarıdır:

"Öhdəlikli satınlama variantında ilkin ödəniş daha azdır. 2 milyon 22 min 400 doza vaksinin hər dozası 1,60 dollar olmaqla, 3 milyon 235 min 840 dollar təşkil edir. Hər şey daxil isə 2 milyon 22 min 400 doza vaksinin hər dozası 8,95 dollar olmaqla, 18 milyon 325 min 480 dollar təşkil edir. Müqavilənin şərtlərinə görə, hökumət və Mərkəzi Bank tərəfindən maliyyə təminatı verilir".