Liviyada hərbi helikopter qəzaya uğradı


Dünya 23 Sen 2020 17:11:00 121 0

Liviyada hərbi helikopter qəzaya uğradı

Liviyanın mərkəzi hissəsində yerləşən əl-Cufra hərbi bazası yaxınlığında helikopter qəzaya uğrayıb.

Son.az Trend-ə istinadən bildirir ki, helikopterdə özəl hərbi şirkətin döyüşçüləri olub. Onların dəqiq sayı barədə məlumat verilməyib.

Qəza baş verən ərazi əhatəyə alınıb. İtkilərin olub-olmaması məlum deyil.