Bu videolar faciəyə səbəb olur:


Digərləri 23 Sen 2020 16:19:00 144 0

Bu videolar faciəyə səbəb olur:

Bir müddətdir artıq çellenclər "İnstagram" və "Tik-tok" kimi sosial şəbəkələrdə çox məşhurdur. Bu "meydan oxumalar" müxtəlif formatda olur. Lakin bunlardan bəziləri hətta faciəyə yol açacaq qədər təhlükəli olur.

Son.az bildirir ki, ARB TV-nin efirində yayımlanan "Günə doğru" verilişi məsələ ilə bağlı ətraflı süjet hazırlayıb.

Sakin: "Gənclərin bu kimi şəbəkələrdən asılılığı, təhlükə ilə oynamaları birbaşa olaraq valideynlərin məsuliyyətsizliyinin nəticəsidir".

Rəşad Əliyev - İT mütəxəssisi: "Valideynlər bir az diqqətli olmalıdırlar".

Gülər Məmmədova - Psixoloq: "Gənclər bu kimi vərdişlərlə eqosentrik tətmin edirlər özlərini. Bu davranışlardan belə nəticəyə gəlmək olar ki, gənclər kütlə içərisində özünü nümayiş etdirərək özlərini tətmin edirlər ki, bu da insanın daxili aqressiyasından qaynaqlanır".

Məsələn, bir müddət əvvəl "Tik-Tok" sosial şəbəkəsində məktəblilər bir çellenc başlatmışdı. Onlar hallusinasiya görmək üçün allergiyaya qarşı olan "Benadril" preparatını böyük dozalarda qəbul edirlər. Təhlükəli oyun Rusiyada üç yeniyetməni xəstəxanalıq edib. Çellenclə bağlı heşteq artıq 55 milyon baxış toplayıb.

Rəşad Əliyev - İT Mütəxəssisi: "Bu, insanları həvəsləndirir və həmin məhsulu istifadə edərək reklamını aparırlar həm də. Bu məhsulların içərisində içkilər, narkotik, psixotrop dərmanlar da ola bilər".

Bundan başqa "Tik-Tok"da gülməli görünsə də təhlükəli nəticələr verəcək çellenclər başladılır.

Üzeyir Şəfiyev - Sosioloq: "İnsanlar bəzən müxtəlif sosial şəbəkə istifadəçilərinin selinə qoşulurlar. Bu da insanların bir-birinə qarşı aqressiyasını artırır.