"Yoluxma artsa da, uşaqlar dərsə getməlidirlər"


Digərləri 23 Sen 2020 16:03:00 176 0

"Yoluxma artsa da, uşaqlar dərsə getməlidirlər"

Yeni təhsil ilində COVİD-19 epidemiyası ilə əlaqədar distan təhsil sistemi ölkə ərazisində üstünlük təşkil etsə də, dərs ili başlayandan bu günədək 95 şagird və 26 işçi heyəti olmaqla 121 nəfərdə koronavirus aşkarlanıb.

Vəziyyət bu cür davam edərsə dərslər yenidən bağlanmalıdırmı?

Bu barədə həkim-nevroloq, Avropa Nevroloji Akademiyanın həqiqi üzvü Qalib Əsədov Son.az-a açıqlama verib:

"Məktəbi, təhsili bağlamağın insanlara daha çox ziyanı var. Şagirdlər, müəlimlər arasında yoluxma faktının artmasına görə dərsləri bağlamağa dəyməz, tam mənasız işdir. Məktəbi bağlamaq olmaz, insanlar dərsə getməlidirlər, hətta onlayn yox, hər gün dərsə getməlidirlər və öyrənməlidirlər. Koronavirusu da adi qriplər kimi uşaqlar yüngül keçirir. Kollektiv immunitet yaranmalıdır. Bu gün dövlətin əlində imkanlar var ki, koronavirusun yayılmasının qarşısını alsın. Burada panikaya düşəcək bir rəqəm də yoxdur.