Britaniyada məhdudiyyətlər daha 6 ay uzadıldı


Dünya 23 Sen 2020 14:46:00 161 0

Britaniyada  məhdudiyyətlər daha 6 ay uzadıldı

Böyük Britaniyada koronavirusa görə tətbiq olunan məhdudiyyətlər daha 6 ay uzadılıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bunu Baş nazir Boris Conson parlamentin İcmalar Palatasında çıxışı zamanı söyləyib. O, lazım gələrsə, məhdudiyyətlərin artırılacağını bildirib.

Conson qapalı məkanlarda insanların maska taxmalarının vacibliyini və toyların maksimum 15 nəfərlə keçirilməli olduğunu qeyd edib.

Qaydalara görə, restoran və klublar axşam saat 22:00-dan sonra fəaliyyətini dayandıracaq. Ofislərdə çalışan şəxslərə yenidən evdən işləmələri tövsiyə olunub.