Rusiyada ötən gün 6 431 yeni yoluxma qeydə alınıb


Dünya 23 Sen 2020 14:35:00 127 0

Rusiyada ötən gün 6 431 yeni yoluxma qeydə alınıb

Rusiyada koronavirusa yoluxanların sayı 1,12 milyon nəfəri keçib.

Son.az Trend-ə istinadən bildirir ki, ölkədə son sutka ərzində 6 431 nəfər virusa yoluxub, 150 nəfər isə həyatını itirib.

Bu günə qədər Rusiyada 1 122 241 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 19 799 nəfərə çatıb.

Ölkə ərazisində ümumilikdə 923 699 nəfər virusdan sağalıb, 178 743 nəfərin müalicəsi isə davam edir.