Səkkizinci xanımı ondan aylıq 33 min dollar istəyir


Digərləri 23 Sen 2020 13:23:00 147 0

Səkkizinci xanımı ondan aylıq 33 min dollar istəyir

Əfsanəvi televiziya aparıcısı Larri Kinqin ayrıldığı xanımı Şon Kinq ondan aylıq 33 min 100 dollar təzminat tələb edib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, 60 yaşlı aktrisa məhkəməyə müraciət edərək heç bir gəlirinin olmadığını, 86 yaşlı keçmiş ərinin 1,9 milyon dollardan çox pul qazandığını bildirib.

Şon 22 illik evlilik həyatında qazanc gətirən bütün layihələrdən imtina etdiyini, vaxtını uşaqlarına həsr etdiyini söyləyib. Aktrisa "Beverly Hills"dəki evlərinin aparıcı tərəfindən 4 milyona satıldığını da açıqlayıb.

Qeyd edək ki, Larri Kinq səkkiz dəfə ailə qurub. İlk evliliyi 1952-ci ildə Freda Miller ilə olub, bir il davam edib. 1961-ci ildə Annette Kaye, 1961-ci ilin sonunda Alene Akins, 1963-cü ildə Mickey Sutphin ilə nikah bağlayıb. O, 1967-ci ildə Alene Atkinslə yenidən evlənib. Aparıcı 1976-cı ildə Sharon Lepore, 1989-cu ildə Julie Alexanderlə münasibətlərini rəsmiləşdirib.

Onun sonuncu evliliyi Şon Kinqlə olub. 1997-ci ildə nikah bağlayan cütlük ötən il boşanıb.