Sahibə Qafarovanın Sergey Lavrovla görüşü başlayıb


Siyasət 23 Sen 2020 11:43:00 146 0

Sahibə Qafarovanın Sergey Lavrovla görüşü başlayıb

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyətinin Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşü başlayıb.

Son.az xəbər verir ki, bu barədə Trend-ə Milli Məclisdən məlumat verilib.

Qeyd edək ki, sentyabrın 21-dən Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Rusiyada ilk rəsmi səfərdədir.

Səfər bu gün başa çatacaq.