ÜST: Uşaqlarda koronavirusa yoluxma göstəricisi 8.5 %dir


Digərləri 23 Sen 2020 10:50:00 133 0

ÜST: Uşaqlarda koronavirusa yoluxma göstəricisi 8.5 %dir

Əldə edilmiş məlumatlara əsasən 18 yaşına çatmamış uşaqlarda koronavirusa yoluxma göstəricisi ümumi qeydə alınmış yoluxma hallarının 8.5 %-ni təşkil edir.

Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəliyindən Son.az-a verilən məlumata görə, uşaqlar arasında koronavirusdan ölüm halları daha az müşahidə edilir.

Uşaqlar bu xəstəliyi daha yüngül keçirirlər. Lakin onlar arasında xəstəliyi kritik keçirənlər də qeydə alınıb.