Həkimlərin səhvi üzündən gəlin toydan bir neçə gün sonra öldü


Dünya 23 Sen 2020 10:11:00 133 0

Həkimlərin səhvi üzündən gəlin toydan bir neçə gün sonra öldü

Avstraliyalı Eşli Simraj Ceyson Heyllə evləndikdən bir neçə gün sonra xərçəng xəstəliyindən dünyasını dəyişib.

Son.az APA-ya istinadən bildirir ki, bu barədə "Daily Mail Australia" nəşri məlumat dərc edib.

Qızın atasının dediyinə görə, üç il əvvəl, 20 yaşlı qızının ayağında kiçik bir şiş olub. 

Terapevt bunun ümumi bir "ziyil" olduğunu deyərək, cərrahi üsulla müalicə olunacağının mümkünlüyünü bildirib. 

Lakin şişin hansı xassəli olması və s. istiqamətdə lazımi araşdırma aparılmayıb. Bir il sonra, ayaqdakı yaradan qan axmağa başlayıb. Bu zaman Eşli başqa bir həkimə müraciət edib və yaranın melanoma (ət xalı xərçəngi) olduğu söylənilib.

Bu müddət ərzində xərçəng gənc qadının bütün bədənə yayılıb və bir sıra həyati orqanlara öz mənfi təsirini göstərib.