Braziliyada bir gündə koronavirusa 33 mindən çox insan yoluxub


Dünya 23 Sen 2020 08:52:00 119 0

Braziliyada bir gündə koronavirusa 33 mindən çox insan yoluxub

Braziliyada ötən sutka ərzində yeni növ koronavirusa 33 536 nəfər yoluxub.

Trend-in "Reuters"ə istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 4 595 335 nəfərə çatıb.

Bildirilir ki, ötən sutka ərzində koronavirusdan 836 nəfər ölüb, ölənlərin ümumi sayı 138 108 nəfər təşkil edir.