Ərdoğan koronavirusa qarşı peyvəndin hazırlanmasındakı rəqabətdən imtina etməyə çağırdı


Dünya 23 Sen 2020 08:12:00 140 0

Ərdoğan koronavirusa qarşı peyvəndin hazırlanmasındakı rəqabətdən imtina etməyə çağırdı

Yeni növ koronavirusa (COVİD-19) qarşı peyvənd, hansı dövlətdə hazırlanacağından asılı olmayaraq bütün bəşəriyyətə məxsus olmalıdır.

Son.az Trend-ə istinadən bildirir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının 75-ci sessiyasının iştirakçılarına müraciətində deyib.

Türkiyə Prezidenti bir daha dünya cəmiyyətini koronavirusa qarşı peyvəndin hazırlanmasında və istehsalındakı rəqabətdən imtina etməyə çağırıb.