"Zoom"un işində problemlər yaranıb


Digərləri 23 Sen 2020 08:19:00 136 0

"Zoom"un işində problemlər yaranıb

"Zoom" videokonfranslar xidmətinin istifadəçiləri xidmətin işində qüsurlarla üzləşiblər.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə populyar internet resurslarda problemləri izləyən "Downdetector" portalı xəbər verir.

Məlumata əsasən, "Zoom"un işində texniki qüsurlar əsasən ABŞ-da, Böyük Britaniyada və Norveçdə qeydə alınıb.

İstifadəçilərin təxminən 51 faizi serverə qoşulmaqda, 33 faizi videokonfransa qoşulmaqda, 15 faizi isə hesaba daxil olarkən problemlərlə üzləşiblər.