BMT üçün Azərbaycan önəmli ölkələrdən biridir – “Hədəf”də TƏHLİL


Siyasət 22 Sen 2020 23:21:00 175 0

BMT üçün Azərbaycan önəmli ölkələrdən biridir – “Hədəf”də TƏHLİL

Sentyabrın 21-də BMT Baş Assambleyasının 75-ci Sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclas keçirilib. Azərbaycan Respublikasının Prezidenti, Qoşulmama Hərəkatının sədri İlham Əliyev iclasda videoformatda çıxış edib. Ölkə başçımız çıxışı zamanı bir çox məsələlərlə yanaşı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında Azərbaycanın haqlı mövqeyini bir daha dünya ölkələrinin diqqətinə çatdırıb. Prezident rəsmi Yerevanın işğalçılıq siyasətini davam etdirdiyini, bölgədə gərginliyin yaradılmasında maraqlı olduğunu, daim hərbi təxribatlar törətdiyini və münaqişənin sülh yolu ilə həllinə müsbət yanaşmadığını vurğulayıb.

Trend-in məlumatına görə, Azərbaycan Televiziyasının (AzTV) "Hədəf" analitik proqramında Prezidentin BMT-nin sessiyasındakı çıxışı, təşkilatla Azərbaycan arasındakı əməkdaşlıq məsələləri müzakirə olunub. Verilişin qonaqları, Milli Məclisin deputatı Ramin Məmmədov və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev mövzu ətrafında fikirlərini bildiriblər. Qeyd olunub ki, BMT-nin gücləndirilməsi dövrün əsas tələblərindən biridir. Bu gün BMT universal üzvlüyü təmin edən yeganə qlobal təsisatdır. Azərbaycan da BMT ilə səmərəli əməkdaşlıq edir. Vurğulanıb ki, BMT Azərbaycanın haqq səsini dünyaya çatdırması baxımından önəmli platformadır. Eləcə də, BMT üçün Azərbaycan önəmli ölkələrdən biridir.

Deputat R.Məmmədov söyləyib ki, Azərbaycan təmsil olunduğu beynəlxalq təşkilatlar çərçivəsində daim aktiv dəaliyyət göstərib və fəal təşəbbüslər irəli sürüb: "Prezident İlham Əliyevin BMT-nin Yüksək Səviyyəli İclasında 182 ölkə arasında sayca altıncı çıxış etməsi xüsusi etimadın və münasibətin nəticəsidir.

F.Şəfiyev isə bildirib ki, BMT-nin mühüm islahatlarından biri Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizminin yaradılması olmalıdır.

"Hədəf"də gedən müzakirəni bütöv şəkildə "YouTube" kanalımızdan izləyə bilərsiniz:

https://www.youtube.com/watch?v=Vk8Yhl9YNvk

https://www.instagram.com/aztvresmi/?hl=ru http://www.aztv.az/az/ https://www.facebook.com/aztvresmi https://twitter.com/aztvresmi https://www.youtube.com/channel/UCVf7OL0jKiO1OMHN_qaNf0w