Sony şirkəti PlayStation 5in qiymətini rəsmi olaraq açıqlayıb


Digərləri 22 Sen 2020 22:40:00 151 0

Sony şirkəti PlayStation 5in qiymətini rəsmi olaraq açıqlayıb

Sony şirkəti gecə keçirtdiyi təqdimat çərçivəsində PlayStation 5 konsolunun qiymətini və startda hansı oyunların satılacağını açıqlayıb. Beləliklə şirkətin verdiyi məlumata əsasən PS5 12 noyabr tarixində bəzi ölkələrdə, 19 noyabr tarixində isə bütün dünyada satışa çıxacaq. Qeyd etmək lazımdır ki, PS5 iki versiyada satışa çıxacaq. Birinci versiya disk girişinə sahib olacaq, ikinci versiya (Digital Edition) isə bu girişdən məhrum olacaq. Beləliklə disk girişinə sahib olacaq versiya 499$-a, disk girişinə sahib olmayan versiya isə 399$-a satılacaq. Konsolun satış startında istifadəçiləri Astro's Playroom, Demon's Souls, Destruction All Stars, Marvel's Spider-Man: Miles Morales və Sackboy: A Big Adventure oyunları gözləyir.